Prezident İlham Əliyev Zaqatala süd emalı zavodunun açılışında iştirak
etmişdir.
Prezident İlham Əliyev müəssisə ilə yaxından tanış oldu. Bildirildi ki,
“Gilan” MMC tərəfindən inşa olunan bu müəssisə öz potensialına və ixrac
qabiliyyətinə görə bölgədə mühüm yer tutur. Beş hektar ərazidə yerləşən
zavod ölkədəki 5 süd emalı müəssisəsindən biridir. Sutkalıq emal gücü
30 ton olan müəssisədə xarici ölkələrdən gətirilən müasir avadanlıq
quraşdırılmışdır. Zavodun müasir tələblərə cavab verən laboratoriyası və
digər xidməti bölmələri vardır. Buraya süd Zaqatalanın müxtəlif
kəndlərindən gətirilir.
Prezident İlham Əliyev müəssisənin işə düşməsini bildirən düyməni
basdı, istehsal prosesini izlədi.
Dövlət başçısı müəssisənin istehsalı olan məhsulların dadına baxdı.