Oktyabr ayın 20-21-də Çexiyanın paytaxtı Praqada İctimai Əlaqələr (PR) sahəsi üzrə “The Prague PR Experience” adlı beynəlxalq tədbirə start verilib.
Tədbirdə Azərbaycanın mobil operatoru olan “Azerfon” şirkəti də iştirak edib. Şirkətdən “Qafqazinfo”ya verilən məlumata görə, iki günlük tədbir çərçivəsində Ebay, T-mobile, BP America, Microsoft İnternational, HSBC və Shell kimi dünya üzrə nüfuzlu şirkətlərinin nümayəndələri KİV-lə əlaqələrin vacibliyi, PR siyasəti, sosial media və digər mövzular ətrafında müzakirələr aparıblar, öz nitqləri ilə çıxış ediblər.
Tədbirdə “Azerfon”u təmsil edən Şirkətin Korporativ Əlaqələr üzrə rəhbəri Elşad Fərzəliyev öz nitqində Azərbaycanda PR siyasəti, uğur faktorları haqqında tədbir iştirakçılarını məlumatlandırıb.
Qeyd edək ki, tədbirdə Ebay, T-mobile, BP America, Microsoft İnternational kimi məhşur brendlərin, şirkətlərin korporativ əlaqələr, ictimaiyyətlə əlaqələr departamentlərinin rəhbərləri iştirak ediblər.
əlavə edilmə : 24 / 10 / 2011 19:51
oxuma sayı : 141
Firma/Təşkilat adı : ECONEWS.AZ
|